“Qarabağ”ın sabiq futbolçusunun yeni klubu məlum olub

İngiltərə klubu “Kuinz Park Reyncers” (KPR) qapıçı Asmir Beqoviçi transfer etməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qolkiperlə bir illik müqavilə imzalanacaq.

2023/24 mövsümündən etibarən Premyer Liqada mübarizə aparacaq “Luton” da “Milan”ın və “Çelsi”nin keçmiş futbolçusu ilə maraqlanır.

Beqoviç iyulun 1-də azad agent kimi “Everton”dan ayrılıb. Ötən mövsümdə o, bütün turnirlər daxil olmaqla üç oyuna çıxıb və dörd qol buraxıb.

Xatırladaq ki, bosniyalı qapıçı 2019-2020-ci illərdə “Qarabağ”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button