“Qarabağ”ın səhmləri satışa çıxarıldı

Azərbaycanın ən populyar futbol klubu olan “Qarabağ” futbol klubunun səhmləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, söhbət “Qarabağ Futbol Klubu” MMC-nin təsisçi payından gedir.

Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan “Qarabağ Futbol Klubu” MMC-dəki 4851,88 manatlıq təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.

Qeyd olunan paylar hal-hazırda açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button