“Qarabağ”ın rəqibinin futbolçusu yayda klubunu dəyişə bilər

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali qış transfer pəncərəsində komandasını dəyişmək niyyətində olmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” və “Arsenal” kimi klublardan maraq olmasına baxmayaraq, Tonali “Nyukasl”dan ayrılmağı düşünməyib. Həmçinin, klub da yanvarda onun satışını planlaşdırmayıb.

Bununla belə, mövsümün sonunda italiyalı futbolçunun planları dəyişə bilər, çünki bir neçə klubdan ona ciddi şəkildə maraq var. O, “Nyukasl”da 2023-cü ildən çıxış edir.

25 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 35 oyunda iştirak edib və 5 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində, fevralın 18-də “Qarabağ”la qarşılaşacaq. İlk oyun Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button