
“İstənilən hücumçu qol vurmağı sevir“
“Napoli”də icarə əsasında çıxış edən “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund İtaliya çempionatının 14-cü turunun mərkəzi matçında “Yuventus” üzərində qələbədən (2:1) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı futbolçu vurduğu iki qolu şərh edib:
“İstənilən hücumçu qol vurmağı sevir. Mən iki qol vurdum, amma ən əsası üç xal qazanmağımızdır”.
“Napoli” İtaliya A Seriyasının 15-ci turunda “Udineze” ilə qarşılaşacaq. Komanda hazırda turnir cədvəlində liderdir.
”Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən biri olub və komandalar arasında qarşılaşma italiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



