“Qarabağ”ın rəqibi Tonali üçün hərəkətə keçib

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində “Liverpul” ciddi şəkildə maraqlıdır.

Mersisayd təmsilçisi hesab edir ki, təxminən 40 milyon avro məbləğində təklif transferi reallaşdırmaq üçün yetərli ola bilər. Bununla yanaşı, Tonalinin çıxışı “Yuventus”un da diqqət mərkəzindədir.

İtaliyalı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 25 oyunda iştirak edib və 4 məhsuldar ötürmə verib. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button