“Napoli” ingiltərəli futbolçudan əl çəkmir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu hələ də “Napoli”nin maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yayda baş tutmayan keçidə baxmayaraq, A Seriyası klubu 20 yaşlı futbolçunu transfer etməyə maraqlıdır.

Ancaq hər şey İngiltərə təmsilçisinin mövqeyindən asılı olacaq. Bildirilir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim Afrika Millətlər Kuboku səbəbindən heyətdən çox oyunçu itirmək istəmədiyi üçün Mainunu buraxmağa müsbət baxmır.

İngiltərəli futbolçu bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

“Napoli” cari UEFA Çempionlar Liqasının 5-ci turunda “Qarabağ”ı məğlub edib – 2:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button