
“Qarabağ”ın rəqibi müdafiəçisini uzun müddətə itirdi
“Liverpul”un müdafiəçisi Covanni Leoni ciddi zədə alıb.
Komanda.az xəbər verir ki, çarpaz bağları qopan 18 yaşlı futbolçu bir neçə ay yaşıl meydanlardan kənar qalacaq.
O, İngiltərə Liqa Kubokunun 3-cü turunda “Sauthempton”la debüt (1:2) matçında zədələnib.
Leoni “Liverpul”a bu yay “Parma”dan (İtaliya) 31 milyon avroya keçib.
Xatırladaq ki, “Liverpul” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



