
“Qarabağ”ın rəqibinin futbolçusu “Yuventus”a dönmək üçün maaşının azalmasına hazırdır
“Liverpul”un vingeri Federiko Kyeza “Yuventus”a geri dönmək istəyir.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Turin klubuna qayıtmaq üçün illik 6 milyon avro olan maaşından güzəşt etməyə hazırdır.
Kyeza 2024-cü ilin yayında “Yuventus”dan “Liverpul”a keçmişdi. O, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 21 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “qırmızılar”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
İtaliyalı futbolçunun Turin klubuna qayıtması həm “Yuventus”un, həm də özünün maraqlarına uyğun görünür. Onun hazırkı komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



