“Qarabağ”ın rəqibinin baş məşqçisi “Real”ı çalışdıra bilər

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Almaniyanın “Bayer”(Leverkuzen) klubunun baş məşqçisi Xabi Alonso “Real”ı çalışdırmağa əsas namizəddir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres ispaniyalı mütəxəssisə bununla bağlı təklifini göndərib.

Madrid təmsilçisinin hazırkı baş məşqçisi Kalo Ançelotti mövsümün sonunda Braziliya yığmasının “sükanı arxasına” keçəcək. Peres boş qalacaq postu məhz 41 yaşlı Alonso ilə doldurmaq qərarına gəlib. Onun “Bayer”də gördüyü iş “Real”ın prezidentinin diqqətini cəlb edib.

Xabi Alonso futbolçu karyerası dönəmində, 2009-2014-cü illərdə “Real”ın formasını geyinib. O, 2022-ci ildən “Bayer”ə rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button