
“Qarabağ”ın rəqibinin hədəfindədir – Afrikalı futbolçu
“Leyptsiq”in vingeri Yan Diomande qış transfer pəncərəsində İngiltərə Premyer Liqası klubuna bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
19 yaşlı futbolçu ilə “Liverpul” ciddi şəkildə maraqlanır. Diomande Məhəmməd Salahın mümkün gedişi fonunda onun yerinə əsas namizəd sayılır. Misirli forvard baş məşqçi Arne Slotla yaşadığı gərginlik səbəbindən klubdan ayrılmağa yaxındır.
Fil dişi sahilli futbolçu bu mövsüm 15 oyunda iştirak edib, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



