Ukraynalı futbolçunun günahsız olduğu təsdiqlənib

“Çelsi”nin vingeri Mixail Mudriklə bağlı dopinq skandalına dair yeni məlumat yayılıb. O, müvəqqəti olaraq oyunlardan kənarlaşdırılıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ukraynalı futbolçu qadağan olunmuş maddələrdən istifadə etmədiyini sübut etmək üçün poliqraf (yalan detektoru) testindən keçib. Testin nəticələri onun günahsız olduğunu təsdiqləyib.

İlk dəfə Mudrikin orqanizmində dopinq izlərinin aşkar edildiyi barədə məlumat keçən il dekabrın ortasında yayılmışdı. O vaxtdan etibarən, naməlum səbəblərə görə ya B nümunəsi analiz edilməyib, ya da nəticələri açıqlanmamışdı. Futbolçu və onun komandası B nümunəsinin açıqlanmasını tələb etmişdi. Pozuntular təsdiqlənsəydi, 24 yaşlı futbolçu dörd ilədək diskvalifikasiya ilə üzləşə bilərdi.

Onun komandası noyabrın 5-də, UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button