“Qarabağ”ın rəqibindən rekord transfer planı

“Liverpul” PSJ-nin yarımmüdafiəçisi Joao Neveşi transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mersisayd klubu 21 yaşlı futbolçunu rekord məbləğ – 160 milyon avroya almağı nəzərdən keçirir. Bu keçid “Liverpul” tarixində ən bahalı transfer ola bilər.

Neveş cari mövsümdə PSJ-nin ən məhsuldar oyunçusu kimi fərqlənir. O, Fransa Liqa 1 və UEFA Çempionlar Liqasında keçirdiyi 9 oyunda 6 qol vurub və parislilərin hücum xəttinin aparıcı fiqurlarından birinə çevrilib.

Portuqaliyalı yarımmüdafiəçinin PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button