“Qarabağ”ın rəqibi milli üzvü ilə maraqlanır

“Kristal Pelas”ın və İngiltərə millisinin müdafiəçisi Mark Quehi Premyer Liqanın hazırkı çempionu “Liverpul”un maraq dairəsindədir.

Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, mersisaydlılar 25 yaşlı futbolçunu 20 milyon funt sterlinq (təxminən 23 milyon avro) qarşılığında heyətinə qatmağı planlaşdırır.

Quehinin klubu ilə müqaviləsinin müddəti bu ilin iyununun sonuna qədərdir.

İngiltərəli futbolçu cari mövsümdə Premyer Liqada 20 oyunda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button