
“Qarabağ”ın rəqibi futbolçusunu itirəcək – Çempionlar Liqasına vəsiqə qazanılmasa
“Nyukasl” mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, yarımmüdafiəçi Sandro Tonali komandadan ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunçunun “Arsenal” və “Mançester Siti”yə mümkün keçidi ilə bağlı xəbərlər yayılıb.
25 yaşlı italiyalı futbolçunun “Nyukasl”la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonunda başa çatacaq. O, İngiltərə Premyer Liqasının bu mövsümündə 25 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.
”Nyukasl” “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



