Sumqayıtda heç-heçə, “Qarabağ” “Qəbələ”yə məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/2 final mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” doğma azarkeşləri qarşısında “Qarabağ”ı qəbul edib. Bu mövsüm Premyer Liqada 4 dəfə üz-üzə gələn komandaların duelində “Qarabağ” bütün oyunlarda rəqibindən üstün olmuşdu. Amma bu oyunda “Qəbələ” minimal hesabla üstün olub. Xatırladaq ki, “Qəbələ” 1/4 finalda “Sabah”ı, “Qarabağ” isə “Keşlə”ni mübarizədən kənarlaşdırıb.

Günün digər qarşılaşmasında “Zirə” “Sumqayıt” səfərinə yollanıb. “Kimyaçılar” 1/4 final mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırıb. “Zirə” isə “Səbail”dən üstün olub. Bu komandaların öz aralarındakı ilk oyunda isə hesab açılmayıb.

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları mayın 1-də keçiriləcək.

Azərbaycan kuboku, yarımfinal

İlk oyunlar

23 aprel

Qəbələ – Qarabağ 1:0
Qol: Ceyms Adeniyi, 71.
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 16:00

Qəbələ: 1. Anar Nəzirov, 34. Urfan Abbasov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 88. Sabien Lilay, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov, 21. Atakora Lalavele, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 33. Vüsal Məsimov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov

Qarabağ: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 9. Araz Abdullayev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 77. Donald Gerye, 19. Filip Ozobiç, 99. Reynaldo Silva, 11. Mahir Mədətov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 8. Markos Madera, 10. Dani Kintana, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov

_______________________________________________________________________________________

Sumqayıt – Zirə 0:0
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sumqayıt şəhər stadionu, 18:30

Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov (k), 5. Adil Nağıyev, 34. Elvin Bədəlov, 8. Peyman Babayi, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 13. Aydın Bayramov, 2. Rail Məlikov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 15. Əmir Ağayev, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 49. İbrahim Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 23. Mfo Kqasvane, 20. Fofana İsmael, 18. Xulio Sezar Rodriqez, 48. Şafik Tiqrudja, 38. İlkin Muradov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 39. Sadiq Quliyev, 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 7. Pərdis Fərcad-Azad, 77. Mirsahib Abbasov, 26. Miloş Radivoyeviç, 10. Sadio Tounkara, 17. Robin Nqalande, 3. Budaq Nəsirov, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Samir Abasov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button