“Qarabağ”ın “Legiya” ilə oyununun vaxtı məlum olub

“Qarabağ”ın Polşa klubu “Legiya” ilə keçirəcəyi yoxlama matçının vaxtı məlum olub.

Komanda.az Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, oyun iyulun 1-də, saat 20:00-da başlayacaq.

Bu, Azərbaycan çempionunun Avstriya təlim-məşq toplanışı çərçivəsində ikinci sınaq matçı olacaq. “Köhlən atlar” polşalılara qədər iyunun 27-də Macarıstan klubu “Ferentsvaroş”la üz-üzə gələcək.

2023/2024 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki rəqibi bu gün məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button