
“Qarabağ”ın Konfrans Liqasının 2-ci mərhələsindəki potensial rəqibləri məlum oldu
“Qarabağ”ın UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.
Komanda.az xəbər verir ki, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində dəqiqləşib.
Ağdam təmsilçisi UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri” komandasına uduzsa, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Litva) duelinin qalibi ilə görüşəcək.
UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



