“Qarabağ”ın futbolçusu üçün əlamətdar oyun

Abbas Hüseynov “Qarabağ”da 100-cü oyununu keçirib.

Komanda.az xəbər verir ki, müdafiəçinin yubileyi Premyer Liqanın 13-cs turuna təsadüf edib. “Sabah”la matç (5:1) onun üçün əlamətdar olub.

Hüseynov 5-ci mövsümdür şərəfini qoruduğu komandadakı 100 görüşdə 2 qol vurub. O, Premyer Liqada 64 (1 qol), ölkə kubokunda 8, avrokuboklarda 28 (1 qol) qarşılaşmada şans qazanıb. Abbasın debütü 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər oyununa (3:1) təsadüf edib.

“Qarabağ”ın digər oyunçusu Filip Ozobiç ötən tur klubda 100-cü matçını keçirən 48-ci futbolçu olubsa, Abbas bu siyahıda 49-cudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button