
“Qarabağ”ın futbolçusu Türkiyə klubuna keçə bilər
Türkiyənin “Çorum” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçi heyətinə qatmağı planlaşdırır.
Komanda.az “Ajansspor”-a istinadən xəbər verir ki, Super Liqaya vəsiqə qazanmış klub 30 yaşlı monteneqrolunun transferi üçün danışıqlara başlayıb.
O, “Çorum”a keçərsə, klubun ən çox maaş alan oyunçularından biri olacaq.
Yankoviçin Ağdam klubu ilə gələn yaya qədər olan müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



