
“Qarabağ”dan “Sabah”la oyun üçün azyaşlı azarkeşlərə jest
“Qarabağ”ın Bizon Azərbaycan kuboku çərçivəsində “Sabah”la keçiriləcək qarşılaşmasında bəzi azarkeş kateqoriyaları üçün xüsusi güzəştlər tətbiq olunacaq.
Qadın azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq.
Komanda.az xəbər verir ki, eyni zamanda, 15 yaşınadək uşaqlar valideynləri ilə birlikdə stadiona gəldikləri halda biletsiz (ödənişsiz) daxil ola biləcəklər.
Ağdam klubu diqqətə çatdırır ki, 15 yaşınadək uşaqlar stadiona tək gəldikləri halda giriş ödənişli olacaq. Uşaqları ilə gələn valideynlər isə özləri üçün bilet əldə etməlidirlər. Yalnız uşaqlar üçün giriş ödənişsizdir (valideyn müşayiəti ilə).
“Qarabağ” – “Sabah” matçı aprelin 3-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



