“Qarabağ”da işləmiş məşqçi 27 gündən sonra istefaya göndərildi

Türkiyənin “Əskişəhərspor” klubu “Qarabağ”da işləmiş mütəxəssis Öndər Karavelini 27 gündən sonra istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə Regional Həvəskar Liqada çıxış edən klub rəsmi saytı vasitəsilə paylaşım edib.

Ayrılığa komandanın uğursuzluq zolağından çıxa bilməməsi səbəb olub. “Əskişəhərspor” martın 12-də baş məşqçi postuna təyin edilən Karavelinin rəhbərliyi altında keçirdiyi 3 oyunda ümumilikdə 4 xal toplaya bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button