“Qarabağ” Vadjinin “Sent-Etyen”ə keçdiyini rəsmən açıqladı

“Qarabağ” klubu futbolçusu İbrahima Vadjinin Fransa “Sent-Etyen”inə keçidini açıqlayıb. 

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu əldə olunmuş razılığa əsasən Liqa-2 təmsilçisinə keçib. 

Seneqallı forvard artıq yeni klubu ilə müqavilə də imzalayıb. Vadji 3 illik sözləşməyə qol çəkib. 

“Sent-Etyen” Vadjinin keçidi üçün “köhlən atlar”a 1,7 milyon avro ödəyəcək. Hücumçu “Qarabağ”a 2021-ci ilin avqustunda transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button