“Qarabağ” və “Neftçi” azarkeşsiz oynayacaq – Kütləvi qarşıdurmaya görə

AFFA Gənclər Liqasında çıxış edən “Qarabağ” və “Neftçi” komandaları növbəti iki ev oyununu azarkeşsiz keçirəcək.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar çıxarıb.

Buna hər iki klub azarkeşlərinin komandalar arasındakı matçda kütləvi qarşıdurmada iştirakları səbəb olub.

Bundan əlavə, “Qarabağ”ın futbolçusu Əli İbrahim 90+5-ci dəqiqədə rəqibin ehtiyat oyunçular skamyasına tərəf baxaraq söyüş söydüyünə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 5 oyunluq cəza ilə üzləşib. Onun komanda yoldaşı Tunar Qasımov təcavüzkar davranışa görə qırmızı vərəqə alıb. Futbolçu növbəti 3 qarşılaşmada iştirak edə bilməyəcək.

“Neftçi”nin oyunçusu Nihad Ömərov da təcavüzkar davranış ucbatından 3 oyuna buraxılmayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button