“Qarabağ” tam ÇL səviyyəsinə uyğun komandadır” – Frimponq

“Qarabağ” tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır.

Komanda.az xəbər verir ki, bunu “Liverpul”un müdafiəçisi Ceremi Frimponq deyib.

Futbolçu evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 8-ci turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:

“Almaniyanın “Bayer” klubunda çıxış edərkən “Qarabağ”a qarşı çıxış etmişdim. Həqiqətən, çox yaxşı çıxış etmişdilər. Lakin son dəqiqələrdə vurduğumuz qollarla qalib gəlmişdik. “Qarabağ” tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır. Sabah bizi çox çətin matç gözləyir. Buna görə qarşılaşmaya yaxşı hazırlaşmalıyıq və əlimizdən gələnin ən yaxşısını etməliyik”.

“Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-də, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button