“Qarabağ” tələsir – Bir neçə futbolçu ilə danışıq aparılır

İbrahima Vadjini Fransanın ikinci liqa klubu “Sent Etyen”ə satan “Qarabağ”ın hücumçu mövqeyinə yeni oyunçu transfer edib-etməyəcəyi çoxunu maraqlandırır.

Komanda.az-ın əldə etdiyi məlumata görə, “köhlən atlar” hücumçu mövqeyinə bir neçə futbolçunun namizədliyini nəzərdən keçirir. Daha dəqiqi, danışıqlar aparılır. Amma transfer pəncərəsi bağlanana qədər (Avropada 1 sentyabra kimi) yeni forvardın komandaya qoşulub-qoşula bilməyəcəyi tam dəqiq deyil. Hər şey danışıqların nəticəsindən asılı olacaq.

Vadjinin boşluğunu doldurmaq mümkün olmasa, baş məşqçi Qurban Qurbanov ehtiyat qüvvə kimi yanaşdığı Kvabena Ovusuya daha çox şans vermək məcburiyyətində qalacaq.

Vadji “Qarabağ”da 2021-ci ilin yayından çıxış edirdi. Komanda.az-ın əldə etdiyi məlumata görə, seneqallı hücumçunun “Sent-Etyen”ə keçidi Ağdam klubuna 1,7 milyon avro qazandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button