“Qarabağ” – “Sabah” matçının biletləri satışda

Premyer Liqanın 6-cı turunda keçiriləcək “Qarabağ” – “Sabah” oyununun biletləri bu gün saat 11:00-dan “iticket.az”da satışa çıxarılıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Sentyabrın 17-də keçiriləcək qarşılaşmaya 19:30-da start veriləcək. 

“Qarabağ” bu mövsüm ev oyunlarını “Azərsun Arena”da keçirib. Adıçəkilən stadionda təmir işləri getdiyindən, Azərbaycan çempionu rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button