“Qarabağ” rəsmisi Aqolli haqda: “Sabah bəlli olacaq”

Uzun illərdir “Qarabağ”da forma geyinən Ansi Aqollinin Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində, martın 15-də “Səbail”lə oyundan sonra Ağdam klubundan ayrılacağını xəbər vermişdik.

Albaniyalı müdafiəçi Azərbaycandan ABŞ-a – ailəsinin yanına gedəcək. O, ABŞ-da bir mövsüm keçirdikdən sonra karyerasını bitirməyi düşünür.

Bəs “Qarabağ”da bu klubda 9 il keçirmiş Aqollinin ayrılığı ilə bağlı nə düşünürlər? “Köhlən atlar” Albaniya millisinin sabiq üzvünü necə yola salacaq? “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Komanda.az-a açıqlamasında Aqolli ilə bağlı bunları dedi:

“Ansi Aqollinin gedəcəyi hələ dəqiq deyil. Bu, yəqin ki, sabah bəlli olacaq. Aqolli ilə bağlı “Səbail”lə oyunda hansısa bir xoş jestin, hadisənin olub-olmayacağına gəlincə, bu barədə ancaq futbolçunun klubumuzdan ayrılacağını dəqiqləşdirdikdən sonra düşünə, qərar verə bilərik”.

Aqolli 2010-cu ildən “Qarabağ”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button