“Qarabağ” Qarabağı xatırlatdı FOTO

“Qarabağ” Premyer Liqanın 6-cı turu çərçivəsində “Azərsun Arena”da “Qəbələ”ni qəbul edir.

Komanda.az xəbər verir ki, stadionda Qarabağda davam edən döyüşlərlə bağlı pankart açılıb. Pankartın üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazılıb. Pankartın yanında Azərbaycan bayrağı asılıb.

Bundan başqa, komandalar meydana xüsusi hazırlanmış maskalarla çıxıblar. Həmin maskalarda şəhid generalımız Polad Həşimov və Ermənistan silahlı qüvvələrinin Gəncəyə atdığı raket nəticəsində xəsarət alan 5 yaşlı Ömər Nəsirovun şəkli yer alıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button