“Qarabağ” Polşa klubu üzərində qələbəyə sevindi

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” komandası növbəti yoxlama oyununda da qələbə qazanıb.

Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Polşanın “Zaqlembe” komandasına qalib gəlib – 3:1.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Abdullah Zubir (56) və Joni Montiel (69) fərqləniblər.

Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın “Neftçi” klubunu beş cavabsız qolla üstələyib, Xorvatiyanın “Osiyek” kollektivini 3:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button