
“Qarabağ” “Neftçi”nin rekordunu təkrarladı
Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün çempionu olan “Qarabağ” tarixinin 18-ci titulunu qazanıb.
Komanda.az xəbər verir ki, “köhlən atlar” 10-cu dəfə ölkə çempionatının qızıl medallarını qazanıb.
“Qarabağ” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020 və 2021/2022 mövsümlərində də bu titulu əldə edib.
“Qarabağ”ın hesabında 7 kubok (1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022) və 1 superkubok (1993) da var.
Ağdamlılar bununla da, titul sayında Azərbaycan rekordunu təkrarlayıb. “Neftçi”nin də hesabında 18 titul var. Bakı klubu 9 çempionluq, 6 kubok, 2 Superkubok və 1 “Birlik kuboku” qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



