“Qarabağ” – “Kəpəz” matçının biletləri satışa çıxarıldı

Misli Premyer Liqasının 13-cü turunda keçiriləcək “Qarabağ” – “Kəpəz” qarşılaşmasının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, 13 və 16-cı sektorlar 5 manat, VIP sektorlara olan biletlər isə 20 manat təşkil edir.

Biletləri bu gün iticket.az-da onlayn ala bilərsiniz. Sabah – oyun günü isə biletləri həm iticket.az, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündür.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Sabah keçiriləcək “Qarabağ” – “Kəpəz” qarşılaşmasına saat 19:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button