“Bu, heç bir tragediya deyil” – “Ayntraxt”ın baş məşqçisi

Frankfurt “Ayntraxt”ı bu gün UEFA Çempionlar Liqasının 7-ci turunda “Qarabağ”ın qonağı olub.

Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçdan sonra Almaniya klubunun baş məşqçisi Dennis Şmidtin mətbuat konfransı olub. Almaniyalı mütəxəssis 2:3 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Məyus olduq. Oyuna yaxşı başlamadıq. Amma sonradan toparlandıq və hesabı bərabərləşdirdik. Fasilədə müəyyən danışıqlar apardıq, taktikada dəyişikliklər etdik. İkinci hissədə hətta önə də keçdik. Amma “Qarabağ” hesabı çox tez bərabərləşdirdi. Çalışdıq intizamlı çıxış edək. Bu oyundan çalışacağıq yaxşı nəticə çıxaraq.

Klubda qalacam. Sabah buraxdığımız səhvləri təhlil edəcəyik. Söhbət məndən getmir, çalışcağıq ki, komandanı gələcəkdə uğurlu nəticələrə daşıyaq. Bu gün gördük ki, komanda çox intizamlı idi. Amma bir səhv etdik, rəqib də bundan yararlandı və qələbə qazandı.

Fikrinizə hörmətlə yanaşıram, amma mən elə bir komanda gördüm ki, çox nizamlı oynayırdı, intizamlı çıxış edirdi.

Bunu ancaq təhlildən sonra deyə bilərəm. Qol vurduqdan sonra dərhal qol buraxırdıq. Təhlillərdən sonra bunu cavablaya bilərəm. Hazırlaşmağa vaxtımız az idi. Mən sehrbaz deyiləm, hər şeyi qısa zamanda düzəldim.

Uşaqlar da məyus olub. Buraxılan səhvləri təhlil etməliyik. Sabah geri uçuruq. Ən geci beşinci gün məşqə çıxacağıq. Düşünürəm ki, oyunçuların potensialı var.

Mənim üçün maraqlı deyil şəxsimi düşünmək. Əsas olan komandanın çıxışıdır. Mənim cəmi üç gün vaxtım oldu.

Bu, heç bir tragediya deyil. Bura Çempionlar Liqasıdır. Burda zəif komanda yoxdur. Düşünürəm ki, meydanda iki güclü komanda var idi. Bakıda məşqə çıxmadığımıza görə peşman deyilik, çünki bunun oyuna heç bir təsiri yox idi” .

Bu məğlubiyyətlə “Ayntraxt”ın pley-off şansları sonuncu turdan əvvəl başa çatıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button