“Qarabağ” – “Frayburq” matçının hakimləri bilindi

Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı tur oyununun təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək.

FİFA referisi Aleksey Kulbakova Dmitri Juk və Aleh Maslianka laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Dmitri Dmitryiev yerinə yetirəcək.

Portuqaliyalı Tyaqu Brunu Lopeş Martinş VAR hakimi, Huqo Filipe Ferreyra onun köməkçisi olacaq.

Hakim-inspektor yunanıstanlı Georgios Bikas, UEFA nümayəndəsi isə bolqarıstanlı Boriana Stoyçevadır.

Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button