“Qarabağ” azarkeşlər üçün avtobuslar ayırdı

“Qarabağ” sabah, saat 21:00-da Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Dalğa Arena”da İrlandiyanın “Dundalk” klubu ilə qarşılaşacaq.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün “Qarabağ” tərəfindən xüsusi avtobuslar ayrılıb. Belə ki, sabah 18:30-19:45 arası “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək. “Qarabağ” loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Qarşılaşmadan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu” metrostansiyasına geri qaytaracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button