
“Qarabağ” – “Ayntraxt” matçının təyinatları açıqlandı
Bakıda “Qarabağ” və Almaniyanın “Ayntraxt” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb.
Komanda.az xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sandro Şharer olacaq. Ona həmyerliləri Staphan De Almeida və Jonas Erni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Johannes von Mandac yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fahndrik əyləşəcəklər.
UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.
“Qarabağ” – “Ayntraxt” qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



