PSJ-nin baş məşqçi postuna əsas namizəd odur

PSJ-nin sabiq futbolçusu Tiaqo Motta Fransa klubunun baş məşqçisi ola bilər. O, Kristof Qalteni əvəzləmək üçün əsas favoritdir.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, məsələ ilə bağlı qarşıdakı günlərdə rəhbərlik Motta ilə görüşəcək.

2018-ci ildə futbolçu karyerasını bitirən italiyalı ölkəsinin “Cenoa” (2019), “Spetsiya” (2021-2022) kimi komandalarını çalışdırıb. O, hazırda “Bolonya”nın “sükanı arxasındadır”.

Qalte 2022-ci ilin yayından Paris komandasını çalışdırır. PSJ onun rəhbərliyi altında 2022/23 mövsümündə Liqa 1-də çempion olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button