“Qalib gəldiyimiz üçün sevinirik” – Ayxan Abbasov

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda San Marino yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesablı qələbə barədə bunları söyləyib:

“Futbolçulara təşəkkür edirəm. Malta ilə oyunda məğlub olduğumuz üçün bu gün qalib gəlmək istəyirdik. Millətlər Liqası öncəsi son toplanışımız olduğundan, hamını meydanda görməyə çalışdıq. Məşqlə oyun fərqli olur. Heyətdə dəyişikliklər də etmişdik. Malta ilə matçda olduğu kimi, bu gün də əsas problemimiz qol vəziyyətlərindən lazımınca yararlana bilməməyimiz oldu. Oyunun tempi normal idi, hücumlar edirdik. Həm futbolçular, həm də biz qalib gəlmək istəyirdik. Bunu həyata keçirdiyimiz üçün sevinirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button