“Qalib gəlmək üçün “ölməlisən” – “Araz-Naxçıvan”ın baş məşqçisi

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 31-ci turunda “Sumqayıt”la səfər oyununda məğlub olub (1:2).

Komanda.az xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko oyundan sonra səhvləri ucbatından məğlub olduqlarını deyib:

“Yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Səhvlərimizdən sonra qol buraxdıq. İkinci hissədə toparlanıb qol vuruq. Buna baxmayaraq, sonda məğlub olduq. Oyunda qalib gəlmək üçün “ölməlisən”. Bəzi oyunçuların istəyi kifayət deyildi. Qalib gəlmək üçün bacardığından artığını ortaya qoymalısan. Bəzi oyunçulara görə digərləri də əziyyət çəkirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button