“Qalatasaray”ın oyunu təxirə salındı – Qara görə


Futbol üzrə Türkiyə Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilməli olan “Boluspor” – “Qalatasaray” oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, buna Boluya yağan güclü qar səbəb olub.

Qarşılaşmanın start saatına qədər meydançanın qar örtüyündən təmizlənməsi üçün tədbirlər görülsə də, güclü yağıntı davam etdiyi üçün, matçın təxirə salınması qərara alınıb. Türkiyə Futbol Federasiyası bu barədə yaydığı rəsmi məlumatda qarşılaşmanın qeyri-müəyyən vaxtda təxirə salındığını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button