“Başakşəhər”lə görüşdə olacaq, “Neftçi” ilə oyunu buraxacaq

Türkiyə Super Liqasının ilk turu çərçivəsində keçirilən “Qaziantep”lə oyunda (3:1) zədələnən “Qalatasaray”ın futbolçusu Emre Kılınç “Neftçi” ilə matçı buraxa bilər.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçunun vəziyyəti ciddi olmasa da, məşqçilər heyəti onu Avropa Liqasının 2-ci turunda keçiriləcək “Neftçi” ilə oyunda riskə atmaq istəmir. Onun Super Liqanın növbəti turunda – sentyabrın 20-də keçiriləcək “Başakşəhər”lə oyunun start heyətində meydana çıxacağı bildirilir.

“Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də, saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button