“Qalatasaray”ın Arda dərdi

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Arda Turanın Avropa Liqasının pley-off mərhələsinin “Randers”lə (Danimarka) ilk matçında zədələndiyini xəbər vermişdik.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara qayıdışı gözləniləndən də gec olacaq. Əvvəlcə Ardanın üç həftəyə sağalacağı xəbər verilmişdi. Son xəbərlərə görə, sol ayaq biləyindən zədələnən Arda ən yaxşı halda bir ay sonra məşqlərə başlaya biləcək.

“Qalatasaray” ilk oyunda səfərdə “Randers”lə 1:1 hesablı heç-heçə edib. Komandalar arasındakı cavab matçı avqustun 26-da, Türkiyədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button