“Qalatasaray” braziliyalı ilə müqavilə bağladı

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “sarı-qırmızılar” Portuqaliyanın “Çaves” klubundan braziliyalı müdafiəçi Markaonu “rənglərinə başlayıb”. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 3,5 illik müqavilə imzalanıb. İstanbul klubu bu keçidə görə Portuqaliya təmsilçisinə 4 milyon avro təzminat ödəyəcək.

22 yaşlı müdafiəçi cari mövsümdə 24 oyunda iştirak edib və 3 qol vurub.

Braziliyanın “Atletiko Paranaense” klubunun yetirməsi olan futbolçu, “Çaves”dən öncə bir mövsüm də “Riu Ave”nin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button