
Qakpo “Liverpul”dan ayrıla bilər
“Liverpul”un yarımmüdafiəçisi Kodi Qakponun bu yay komandasını dəyişmək ehtimalı yaranıb.
Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
Niderland millisinin üzvü ilə Avropanın bir neçə klubu yaxından maraqlanır. Futbolçunu heyətinə qatmaq istəyən komandalar arasında “Aston Villa”, “Tottenhem” və “Atletiko” yer alır.
Qakpo növbəti mövsüm əsas heyətdə daimi yer alacağına zəmanət verilməyəcəyi təqdirdə, “Liverpul”u tərk etməyi nəzərdən keçirə bilər. Klub rəhbərliyi və məşqçilər heyətinin onun gələcəyi ilə bağlı qərarı futbolçunun seçimində mühüm rol oynayacaq.
27 yaşlı vinger ötən mövsüm İngiltərə Premyer Liqasında 36 oyunda meydana çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



