“Qəbələ”nin “Səbail”lə 10-cu dueli

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, “Qəbələ” mükafatçılar sırasına düşmək uğrunda mübarizədə əsas rəqibi olan “Səbail”lə görüşəcək.

Bakı klubunun meydanında baş tutacaq qarşılaşma rəqiblərin 10-cu dueli olacaq. İlk dəfə ötən mövsüm üz-üzə gələn “Qəbələ” və “Səbail” indiyədək 9 dəfə görüşüb. Daha çox – 6 qələbə qazanan “qırmızı-qaralar” 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 18:8. Keçirilən matçlarda Baqali Dabo hamıdan çox – 6 qol vurub. Famussa Kone və Ceyms Adeniyi hərəyə üç dəfə fərqlənib.

8-ci dəfə Premyer Liqada görüşəcək “Qəbələ” və “Səbail” çempionatda 7 dəfə üz-üzə gəlib. 4 qələbə qazanan “Qəbələ” 2 heç-heçə edib və 1 dəfə uduzub. 13 qol vuran “qırmızı-qaralar” 6 top buraxıb.

Xatırladaq ki, aprelin 27-də keçiriləcək 26-cı turun “Səbail” – “Qəbələ” görüşü saat 17:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button