“Qəbələ” – “Neftçi”: 49-cu duel

Sabah Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək.

Komanda.az “Qəbələ”nin rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” mövsümdə son ev oyununa çıxacaq. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. Qəbələ təmsilçisi 49-cu dəfə paytaxt klubu ilə üz-üzə gələcək.

İndiyədək iki komanda ümumilikdə 48 dəfə görüşüb. Hesabında 17 qələbə və 11 heç-heçə olan “Qəbələ” 19 məğlubiyyət alıb. Top fərqində isə üstünlük “qırmızı-qaralar”ın tərəfindədir – 63:61.

Beş dəfə Azərbaycan kubokunda görüşən komandalar Premyer Liqa çərçivəsində 43 dəfə münasibətlərini aydınlaşdırıb. “Qəbələ” 16 dəfə üç, 9 dəfə bir xal qazanıbsa, 18 dəfə qələbə bakılıların olub. 56 qol sevinci yaşayan “qırmızı-qaralar” öz qapısında 55 top görüb.

“Neftçi” ilə 25-ci ev oyununa çıxacaq “Qəbələ”, doğma azarkeşlər önündə 8 qələbə qazanıb. 6 heç-heçə və 10 məğlubiyyətin də qeydə alındığı qarşılaşmalarda 63 qol vurulub. Qonaqlar top fərqində minimal üstünlüyə malikdir – 32:31.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button