“Qəbələ” milli komandaya qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün daha bir yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı sözügedən komanda “Qəbələ” ilə qarşılaşıb.

8-ci km stadionunda baş tutan oyunda qapılara beş qol vurulub. Premyer Liqa təmsilçisi millimizlə oyundan qalib ayrılıb – 3:2.

Millimizin heyətində Musa Qurbanlı ilə Rüfət Abdullazadə fərqlənib. “Qəbələ”yə qələbə qazandıran qolları isə Stefan Vukçeviç, Ülvi İsgəndərov və Ceyms Adeniyi vurub.

Xatırladaq ki, U-21 bundan əvvəlki yoxlama oyunlarında “Qarabağ” (4:2), “Neftçi” (1:3) və “Qaradağ Lökbatan”la (3:3) qarşılaşmışdı. “Qəbələ” isə “Zirə” ilə yoxlama matçından 2:1 hesabıyla qalib ayrılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button