“Qəbələ”dən ayrılan futbolçu Ukrayna klubunun məşqində FOTO

“Qəbələ” ilə olan müqaviləsinin müddəti bitən Dmitri Bezotosnı karyerasını Ukraynada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 35 yaşlı qapıçı “Çernomorets” klubunun məşqlərinə qoşulub. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bezotosnı məşqçi heyəti tərəfindən bəyəniləcəyi təqdirdə, onunla rəsmi müqavilə imzalancaq.

Bezotosnının “Qəbələ” ilə müddəti bitən müqaviləsi yenilənməyib.

Ukraynalı qapıçı 2011-2015-ci illərdə “Çernomorets”in şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button