“Qəbələ” hazırlığa başladı

“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlığına start verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunlarından sonra istirahətə yollanan “qırmızı-qaralar” bu gün Bakıda bir araya gəlib. Elmar Baxşıyevin yetirmələri Bakı Olimpiya Stadionunda hazırlıq keçiblər.

Günün ikinci yarısına təsadüf edən məşq prosesinin ilk yarısı arenanın ehtiyat meydançasında baş tutub. Futbolçular yüngül qaçışla kifayətləniblər. Ardınca komanda üzvləri fiziki hazırlıq keçiblər.

“Qırmızı-qaralar” məşqlərini sabah davam etdirəcək. Hazırlıq prosesi günün ikinci yarısında gerçəkləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button