Qənbərzadə söz verdi

İran Futbol Federasiyasının sədr müavini Mənsur Qənbərzadə yaxın vaxtlarda qadınların kişilərin futbol yarışlarına buraxılması məsələsinin həll ediləcəyinə söz verib.

Komanda.az İRNA-ya istinadən xəbər verir ki, federasiya rəsmisi məsələ ilə bağlı belə deyib:

“Biz söz veririk ki, İran Futbol Federasiyası ölkəmizin qadınlarının futbol matçlarında iştirak etmək üçün bu ədalətli istəyinin yaxın gələcəkdə reallaşmasında bütün səyləri göstərəcək”.

Qənbərzadə, qadınların stadionda olmasının düzgün təşkil edilməli və futbol federasiyasından başqa, digər orqanlarla razılaşdırılmalı olduğunu vurğulayıb.

1979-cu ildə İran İslam inqilabından sonra qadınlar kişilərin iştirakı ilə keçirilən oyunlarda sərbəst iştirak etmək imkanını itiriblər.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button