“Qəbələ”nin hücumçusu “Neftçi”də? FOTO
“Qəbələ”nin futbolçusu Stiven Cozef-Monroz karyerasını “Neftçi”də davam etdirəcək.
Komanda.az xəbər verir ki, bu barədə “transfermarkt” saytında məlumat yer alıb. Məlumatda, 28 yaşlı hücumçunun iyulun 1-dən azad agent kimi “Neftçi”yə qoşulacağı bildirilib.
2017-ci ildə Fransanın “Brest” klubundan “Qəbələ”yə keçən Monroz, Azərbaycan Premyer Liqasında bu mövsüm 24 qarşılaşmada iştirak edərək, 6 qol vurub.
![](https://komanda.az/wp-content/uploads/2019/05/Monroz-neftci.jpg)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin